2012-09-26
Nazir Elmar Məmmədyarov Liberiyanın Xarici İşlər Naziri Augustine Ngafuan ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Liberiyanın Xarici İşlər Naziri Augustine Ngafuan ilə görüş keçirmişdir. 
 
Tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanlarının araşdırılmasına ehtiyac olduğunu vurğulamış və bu istiqamətdə müxtəlif addımların atılmasının zəruriliyini qeyd etmişlər. 
 
Liberiyalı Nazir ölkəsinin keçid dövrü ərzində iqtisadiyyatın inkişafı üçün güclü tərəfdaşlara ehtiyacı olduğunu diqqətə çatdıraraq, Azərbaycan Respublikası ilə əməkdaşlığa xüsusi önəm verdiklərini bildirmişdir. Augustine Ngafuan cari ildə Liberiyada böyük neft yataqlarının kəşf edilməsi barədə məlumat vermiş və bu sahədə Azərbaycanın zəngin təcrübəsindən yararlanmaq arzusunda olduqlarını dilə gətirmişdir. O, həmçinin Elmar Məmmədyarovu ölkəsinə səfərə dəvət etmişdir. 
 

 

növbəti xəbər əvvəlki xəbər