2012-09-26
Nazir Elmar Məmmədyarov Albaniyanın Xarici İşlər Naziri Edmond Panariti ilə görüş keçirmişdir.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Albaniyanın Xarici İşlər Naziri Edmond Panariti ilə görüş keçirmişdir.
 
Görüşdə iki ölkə arasında iqtisadiyyat və digər sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunmuş və fikir mübadiləsi aparılmışdır.   
 
Nazir Elmar Məmmədyarov qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərə böyük töhfələr verdiyini qeyd etmiş və Azərbaycanla Albaniya arasında hüquq-müqavilə bazasının möhkəmləndirilməsinə ehtiyacın olduğunu bildirmişdir. 
 
Edmond Panariti Azərbaycan Respublikası Milli Məclisinin sədrinin bu yaxınlarda Albaniyaya etdiyi səfəri yüksək qiymətləndirmiş və bu səfərin ikitərəfli münasibətlərə önəmli töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.  
 

 

növbəti xəbər əvvəlki xəbər