2012-09-26
Nazir Elmar Məmmədyarov Tuvalu ada dövlətinin Xarici İşlər Naziri Apisai İelemia ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sakit okeanda yerləşən Tuvalu ada dövlətinin Xarici İşlər, Ətraf mühit, Ticarət, Əmək və Turizm Naziri Apisai İelemia ilə görüş keçirmişdir.
 
Görüşdə iki ölkə arasında Turizm və Kənd Təsərrüfatı sahəsində əməkdaşlığın yaradılması imkanları müzakirə edilmişdir. Tuvalu Naziri Apisai İelemia qeyd olunan sahələrə Azərbaycan tərəfindən investisiya yatırılması imkanlarının nəzərdən keçirilməsini xahiş etmişdir.   
 
Görüşdə Nazir Elmar Məmmədyarov Tuvaludan olan tələbələrin, gənc diplomatların Azərbaycan Diplomatik Akademiyada təhsil almaq imkanlarının mövcud olduğunu da qeyd etmişdir.  
 
 

 

növbəti xəbər əvvəlki xəbər