2012-09-26
Nazir Elmar Məmmədyarov Yunanıstanın Xarici İşlər Naziri Dimitris Avramopoulos ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Yunanıstanın Xarici İşlər Naziri Dimitris Avramopoulos ilə görüş keçirmişdir.  
 
Görüşdə Nazir Elmar Məmmədyarov ölkəmizdə aparılan iqtisadi islahatlardan, milli iqtisadiyyatın şaxələndirliməsi siyasəti sayəsində əldə edilən uğurlardan söz açmışdır. Nazir həmçinin, Azərbaycanla Yunanıstan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün hər iki ölkənin iqtisadi missiyalarının qarşılıqlı səfərlərinin artırılması imkanlarının araşdırılması vacibliyini qeyd etmişdir. 
 
Dimitris Avramopoulos Yunanıstanın Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında, xüsusən də enerji və turizm sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirmişdir. Yunanıstanlı Nazir Azərbaycanın güclü və şaxələnmiş iqtisadiyyata malik olduğunu və bu səbəbdən də iqtisadi böhrandan demək olar ki, ziyan görmədiyini  xüsusi vurğulamışdır. O, həmçinin ölkəsinin də iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat vermişdir.  
 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər