2012-09-23
Cari ilin 23 sentyabr tarixində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin 4-cü müşavirəsi öz işini davam etdirmişdir.
Sentyabrın 23-də Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin 4-cü müşavirəsi öz işini davam etdirmişdir. Müşavirənin sonuncu, üçüncü  günü Milli Məclisin spikeri Oqtay Əsədov, Təhsil naziri Misir Mərdanov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev və Diaspora Komitəsinin sədri Nazim İbrahimov diplomatik xidmət orqanlarının rəhbərləri qarşısında çıxış etmişlər. 
 

Çıxışlarda parlamentlərarası təmasların artırılmasında, ölkəmizin təhsil, mədəniyyət, turizm və xaricdəki diaspora ilə əlaqədar siyasi kursunun həyata keçirilməsi ətrafında müzakirələr aparılmışdır. Bu istiqamətlərdə son illər əldə edilmiş nailiyyətlərə diqqət çəkilmiş və Azərbaycan mədəniyyəti və turizm imkanlarının xaricdə təbliği, təhsil əlaqələrinin dərinləşdirilməsi, eləcə də xarici ölkələrdə yaşayan həmvətənlərimizin ümummilli məqsədlər ətrafında birləşdirilməsində Azərbaycan diplomatiyasının xüsusi rolu vurğulanmışdır.   

     

  

növbəti xəbər əvvəlki xəbər