2012-09-08
Nazir Elmar Məmmədyarov ABŞ konqressmeni Deyn Rorabaherin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Cari ilin 8 sentyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov ABŞ konqressmeni Deyn Rorabaherin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov qonaqları salamlamış və iki ölkə arasında mövcud münasibətlərdən məmnunluq ifadə etmişdir.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, regiondakı vəziyyət, enerji, təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

ABŞ konqressmeni terrorizmlə aparılan mübarizəyə, xüsusən də Əfqanıstanda aparılan sülhməramlı missiyaya verdiyi dəstəyə görə Azərbaycan dövlətinə minnətdarlıq bildirmişdir.

Nazir Elmar Məmmədyarov ölkəmizin terrorizmlə mübarizəyə verdiyi töhfə haqda danışmış, qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti haqda ətraflı məlumat vermişdir. Nazir Məmmədyarov qeyd etmişdir ki, regionda təhlükəsizliyin təmin olunaraq davamlı qalması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması olduqca vacibdir. Torpaqların işğaldan azad olunması regionla yanaşı, beynəlxalq təhlükəsizlik üçün də önəmlidir. 

  

  

növbəti xəbər əvvəlki xəbər