2012-09-05
Nazir Elmar Məmmədyarov Koreyanın ölkəmizə yeni təyin olunmuş səfiri Çoy Suk-İnni qəbul etmişdir

Cari ilin 5 sentyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov Koreya Respublikasının ölkəmizə yeni təyin olunmuş səfiri Çoy Suk-İnni qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov Çhoy Suk-İnni ölkəmizə səfir təyin olunması münasibətilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. Yeni səfirin fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə etmişdir.

Görüşdə iki ölkə arasında iqtisadi münasibətlər müzakirə olunmuş və mövcud əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı razılıq ifadə olunmuşdur.

Tərəflər iş adamlarının qarşılıqlı səfərlərinin davam etdirilməsinin zəruriliyini xüsusi vurğulamışlar. 

  

  

növbəti xəbər əvvəlki xəbər