2012-09-05
Nazir Elmar Məmmədyarov İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri Rafael Harpazı qəbul etmişdir.

Cari ilin 5 sentyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri Rafael Harpazı qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov Rafael Harpazı ölkəmizdə salamlamış və səfir təyin olunması münasibətilə onu təbrik etmişdir. Rafael Harpaz Azərbaycanı çox mədəniyyətli və sürətlə inkişaf edən ölkə kimi qiymətləndirmiş və bu inkişafın onda böyük təəssürat yaratdığını qeyd etmişdir.

Görüşdə Azərbaycanla İsrail arasında münasibətlər müzakirə edilmiş, eləcə də regionda cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılmışdır.

Tərəflər iki ölkə arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə etmişlər. 

  

növbəti xəbər əvvəlki xəbər