2012-06-28
Nazir Elmar Məmmədyarov Estoniya parlamentinin sədri Ene Erqmanı qəbul etmişdir.

 Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov Estoniya parlamentinin sədri Ene Erqmanın ölkəmizə səfərini yüksək qiymətləndirmiş və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulamışdır.

Öz növbəsində Estoniya parlamentinin spikeri Azərbaycana səfər etməsindən məmnun olduğunu ifadə etmiş və ölkəmizin mühüm strateji əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Görüşdə Azərbaycanla Estoniya arasında münasibətlərin inkişaf etdirilməsində ölkələrimizin dövlət başçılarının rolu xüsusi olaraq vurğulanmışdır. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn  prinsipləri və normaları, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının  müvafiq qətnamələri, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunması vacibliyi qeyd edilmişdir.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanmış və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilmişdir. 

 

  

  

 

növbəti xəbər əvvəlki xəbər