2012-06-28
Səfir Həsən Məmmədzadə Litvanın sabiq Prezidenti Valdas Adamkus ilə görüşmüşdür

 Azərbaycan Respublikasının Litvadakı Səfiri Həsən Məmmədzadə Litvanın sabiq Prezidenti Valdas Adamkus ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Litva dövlətinin sabiq başçısına ünvanlanmış cari ilin oktyabrında keçiriləcək Bakı Beynəlxalq Forumuna dəvət məktubu təqdim edilmişdir. Cənab Valdas Adamkus Prezident İlham Əliyev ilə keçirdiyi görüşlərdən bəhs etmiş, xoş xatirlərini bölüşərək, səmimi arzularını Azərbaycan dövlət başçısına çatdırılmasını xahiş etmişdir. Litvanın sabiq Prezidenti Azərbaycanın həqiqətən müstəqil siyasəti olan və regionun təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan nadir dünya dövlətlərindən olduğunu xüsusilə vurğulamışdır. Belə bir mürəkkəb və çətin missiyanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən məharətlə həyata keçirilməsindən məmnuniyyətlə bəhs etmişdir.

Görüş zamanı, Litvadakı mövcud ictimai-siyasi vəziyyət, həmçinin bölgədə və dünyada baş verən hadisələr barədə fikir mübadiləsi aparılmışdır.

Bildiririk ki, Valdas Adamkus aktiv siyasətdən getməsinə baxmayaraq, Litva ictimaiyyətində öz nüfuzunu hələ də qoruyub saxlayır və Litva dövlət rəhbərliyində söz sahibidir.  

Valdas Adamkus yenicə nəşrdən çıxmış nəfis tərtibli “Sonuncu kadensiya” kitabını Səfir Həsən Məmmədzadəyə hədiyyə etmişdir.

Səfir Həsən Məmmədzadə öz növbəsində cənab Valdas Adamkusa “Ilham: Portrait of a President” kitabını hədiyyə etmişdir.

  

növbəti xəbər əvvəlki xəbər