2012-06-14
Ankaranın ən böyük prospektlərindən birinə XOCALI adı verilmişdir.

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, Ankara Böyükşəhər Bələdiyyəsinin Adların verilməsi Komissiyasının Bələdiyyə Məclisində irəli sürdüyü, 82 nəfər üzvün dəstəyi ilə qəbul olunmuş və Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 12.03.2012-ci il tarixində Ankara Böyükşəhər Bələdiyyəsinin 319 saylı qərarı ilə Ankaranın ən böyük rayonlarından biri olan və 558.223 nəfər əhali yaşayan Mamak rayonunun 1868 metr uzunluğu, 17 metr eni olan 636-cı prospektinə “XOCALI” adı verilmişdir.

Qeyd edilməlidir ki, Xocalı prospekti Mamak rayonunun ən böyük prospektlərindən biridir və Ankaranın Şahintepe-Şirintepe-Misket-Dutluk məhəllələrini birləşdirir. 

növbəti xəbər əvvəlki xəbər