2012-06-13
Nazir Elmar Məmmədyarov Yeni Zelandiyanın ölkəmizdə akkreditə olunmuş Səfiri İan Hilli qəbul etmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Yeni Zelandiyanın iqamətgahı Rusiyanın Moskva şəhərində olmaqla ölkəmizdə akkreditə olunmuş Səfiri İan Hilli qəbul etmişdir.  

Səfiri salamlayan Nazir E.Məmmədyarov iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulamış və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etmişdir.     

Ölkəsinin Xarici İşlər Naziri Murray McCullinin salamlarını Azərbaycanlı həmkarına çatdıran İan Hill ilk öncə Yeni Zelandiyanın xarici siyasəti və iqtisadiyyatı barədə məlumat vermiş və Azərbaycanın inkişafından yüksək şəkildə təəssüratlandığını bildirmişdir.

Ermənistan Azərbaycan münaqişəsi barədə məlumat verən E.Məmmədyarov ölkəmizin münaqişənin diplomatik vasitələrlə həll edilməsinin tərəfdarı olduğunu, Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaq hüquqlarının bərpa edilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə həmçinin, Azərbaycanın BMT TŞ-də fəaliyyəti və prioritetləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur.

növbəti xəbər əvvəlki xəbər