2012-06-13
ATƏT-in fəaliyyətdə olan Sədri cənab İmon Gilmor Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir.

13-14 iyun 2012-ci il tarixində İrlandiya Respublikasının Tanaiste (Baş Nazirin müavini), Xarici İşlər və Ticarət Naziri, ATƏT-in fəaliyyətdə olan Sədri cənab İmon Gilmor  Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir.

Səfər zamanı İmon Gilmor Azərbaycan Respublikasının Baş Naziri cənab Artur Rasi-zadə, Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov, Milli Məclisin sədr müavini xanım Bahar Muradova və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması ilə görüşləri nəzərdə tutulur. 

Mətbuat  konfransında  iştirak etmək istəyən mətbuat nümayəndələrinin cari ilin 14 iyun tarixində saat 12:00 – da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində olmaları xahiş olunur.

Mətbuat nümayəndələrindən iş yerlərini təsdiq edən sənədi (vəsiqə) özləri ilə  gətirməyi unutmamaları xahiş olunur. Xarici kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər