2012-06-13
Nazir Elmar Məmmədyarov Beynəlxalq Ədalət Məhkəməsinin Prezidenti Peter Tomka ilə görüş keçirmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov 12 iyun 2012-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsinin Prezidenti Peter Tomka ilə görüş keçirmişdir.

Peter Tomka Nazir Elmar Məmmədyarovu səmimi salamladıqdan sonra, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin strukturu, yurisdiksiyası, hal-hazırda baxdığı işləri və Məhkəmə sistemində edilən islahatlar barədə məlumat verərək, Azərbaycanın Məhkəmənin fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının demokratik dövlət kimi qanunun aliliyinə hörmətlə yanaşdığını, müvafiq beynəlxalq mübahisə və münaqişələrin beynəlxalq hüququn prinsip və normaları əsasında həll olunmasının tərəfdarı olduğunu, ölkənin BMT-nin tam hüquqlu üzvü kimi Beynəlxalq Ədalət Məhkəməsinin fəaliyyətini dəstəklədiyini qeyd etdi.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunmuşdur.

   

növbəti xəbər əvvəlki xəbər