2012-06-14
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin yeni binasının təntənəli açılış mərasimində iştirak etmişdir..

Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovun Niderland Krallığına səfəri çərçivəsində 11 iyun 2012-ci il tarixində Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin yeni binasının təntənəli açılış mərasimi keçirilmişdir.

Azərbaycan Respublikasının mülkiyyəti olan, 2000 kvadrat metr ərazidə yerləşən və 3 binadan ibarət Səfirlik kompleksi, Haaqa şəhərinin ən mötəbər ərazisində yerləşir. Əsas binada müxtəlif tədbir və görüşlərin keçirilməsi üçün zallar və otaqlar, konfranslar və seminarlar kemirilməsi və filmlərin nümyişi üçün xüsusi təchiz edilmiş video-zal, diplomatik heyətin iş otaqları və Səfirin igamətgahı yerləşir. Səfirliyin həyatyanı sahəsində isə xüsusi dizayn üslubu ilə işlənmiş yaşıllıq zonası yaradılmışdır.

Mərasimin başlanğıcında, tədbir iştirakçıları tərəfindən Səfirliyin giriş zalında yeni quraşdırılmış Ümummulli Lider Heydər Əliyevin büstünün qarşısına güllər qoyulmuş, ulu öndərə ehtiram bildirilmişdir.

Tədbiri Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfiri Fuad İsgəndərov açaraq, Səfirliyin fəaliyyəti barədə qısa məlumat vermiş və tədbir iştirakçılarını bir daha salamlamışdır.

Təntənəli açılış mərasiminə Niderland tərəfindən çıxış edən Niderland Krallığının Xarici İşlər Nazirliyinin Baş Katibi Ed Kronenburq, Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin yeni inzibati binasının rəsmi açılışı münasibəti ilə Azərbaycan Respublikasını Niderland Hökuməti adından səmimi təbrik etdi. Niderlandın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini vurğulayan Ed Kronenburq, fürsətdən istifadə edərək bütün Azərbaycan xalqını Respublika Günü münasibəti ilə təbrik etdi, iki dövlət arasında 20 illik tarixi olan münasibətlərimizin daha da möhkəmlənməsi arzusunu izhar etdi.

Geniş nitqlə çıxış edən Nazir Elmar Məmmədyarov, Azərbaycan Respublikasının Niderland Krallığı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, Azərbaycanın mülkiyyəti olan bu böyük diplomatik kompleksin açılış mərasiminin Niderland dövlətinə verilən önəmin təzahürü olduğunu bildirdi. Azərbaycan Respublikasının günü-gündən inkişaf etdiyini, iqtisadi cəhətdən gücləndiyini, bu inkişafın Respublikanın xarici əlaqələrinin daha da genişlənməsinə təkan verdiyini dedi. Səfirlik binasının rəsmi açılış mərasimi ilə yanaşı, bu il Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyinin qeyd edildiyini nəzərə çatdıran Nazir, bu əlamətdar gündə Azərbaycan üçün daha bir tarixi əhəmiyyət daşıyan günlərdən biri olan  Respublika Gününün də məhz Hollandiyada qeyd etməsindən məmnun olduğunu vurğuladı.

Tədbirə Niderland Krallığı Hökumətinin və Kraliça Sarayının ali üzvləri, Parlament nümayəndələri, Niderland Krallığında akkreditə olmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, Haaqada yerləşən beynəlxalq məhkəmələrin prezidentləri və hakimləri, Niderlandın ali təhsil akademiyaları və universitetlərinin rəhbərləri və müxtəlif alimlər, Niderlandın nəhəng biznes şirkətlərinin və qeyri-hökumət təşkilatlarının rəhbərləri və müxtəlif iş adamları, yerlik mətbuat nümayəndələri, Azərbaycan diasporunun fəalları iştirak etmişlər.

Tədbirdə Azərbaycanın musiqi inciləri səsləndirilmiş və Azərbaycan milli mətbəxinin ləziz təamları təqdim edilmişdir.

Təntənəli mərasim Niderlandın yerli mətbuatında geniş işıqlandırılmışdır.

növbəti xəbər əvvəlki xəbər