2012-06-12
Nazir Elmar Məmmədyarov Niderland Krallığının Baş Naziri cənab Mark Rutte ilə görüşmüşdür.

Niderland Krallığında rəsmi səfərdə olan Xarici İşlər Naziri Elmar Məmmədyarov 12 iyun 2012-ci il tarixində Niderland Krallığının Baş Naziri cənab Mark Rutte ilə görüşmüşdür.

Görüş zamanı iki ölkə arasında iqtisadi və siyasi münasibətlər müzakirə olunmuş və əlaqələrin gələcək perspektivi ətrafında fikir mübadiləsi aparılmışdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Baş nazirə çatdıran Elmar Məmmədyarov Mark Rutteni ölkəmizə səfərə dəvət etmişdir.

Dəvətə görə təşəkkürünü bildirən Baş nazir Avroviziya Musiqi Yarışmasının ölkəmizdə müvəffəqiyyətlə keçirilməsinə görə təbriklərini çatdırmışdır. 

Görüşdə Azərbaycanda və regionda gedən proseslər, həmçinin tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunmuşdur.

 

növbəti xəbər əvvəlki xəbər