2012-06-08
Trabzon Bəyannaməsi imzalanmışdır.

08 iyun tarixində Türkiyənin Trabzon şəhərində Türkiyə Respublikasının Xarici işlər Naziri Əhməd Davutoğlunun, Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarovun və Gürcüstan Respublikasının Xarici İşlər Naziri Qriqol Vaşadzenin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransı keçirilmişdir.

Birgə Mətbuat Konfransında üçtərəfli Trabzon Bəyannaməsi imzalanmışdır.

İmzalanma mərasimindən sonra Nazirlər çıxış etmişlər.

Öz çıxışında Nazir Elmar Məmmədyarov Azərbaycanın regionda enerji layihələrinin inkişafına önəm verdiyini vurğulamışdır.

E.Məmmədyarov həmçinin 9 iyun 2012-ci il tarixində Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan iş adamlarının iştirakı ilə 3 ölkənin iqtisadiyyat nazirlərinin görüşünün keçiriləcəyini söyləmişdir.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq cəbhə xəttində son hadisələrin baş verməsinin münaqişənin dondurulmuş olmadığını söyləmiş və bu münaqişənin regionun təhlükəsizliyini və sabitliyini sarsıtdığını və regionun gələcəyi üçün bir təhlükə olduğunu qeyd etmişdir.   

      

növbəti xəbər əvvəlki xəbər