2012-01-10
Xarici İşlər Naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurası çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə səfəri həyata keçirilir, 10 yanvar 2012-ci il

Səfəri müddəti ərzində Nazir E.Məmmədyarovun 11 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının Xarici İşlər Nazirinin sədrliyi ilə keçiriləcək Təhlükəsizlik Şurasının brifinqində və 12 yanvar 2012-ci il tarixində Cənubi Afrika Respublikasının Prezidenti Yakob Zumanın sədrliyi ilə Təhlükəsizlik Şurasında keçiriləcək müzakirələrdə iştirak və çıxışları nəzərdə tutulur. Tədbirlərdə iştirakı ilə yanaşı Nazir E.Məmmədyarovun BMT Baş Katibi adına Cənubi Afrika Respublikası tərəfindən verilən nahar ziyafətinə də qatılması planlaşdırılır.

Səfər çərçivəsində Xarici İşlər Naziri E.Məmmədyarovun bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulur.

 

Mətbuat Xidməti
Tel: (+99412) 596 90 81
Tel: (+99412) 596 92 76
Faks: (+99412) 596 90 73

növbəti xəbər əvvəlki xəbər