2012-01-12
ABŞ-ın Nyu-York şəhərində səfərdə olan Azərbaycan Respublikasının Xarici İşlər Naziri E.Məmmədyarov səfər çərçivəsində Təhlükəsizlik Şurasına hal-hazırda sədrlik edən Cənubi Afrika Respublikasının Xarici Əlaqələr və Əməkdaşlıq Naziri Maite Nkoana-Maşabane

Görüş zamanı Azərbaycanla Cənubi Afrika Respublikası arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları və ölkələrimizin maraq göstərdiyi bütün sahələrdə mövcud olan əməkdaşlıq nəzərdən keçirilərək, onun inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılmış və əlaqələrin daha da genişləndirilməsində hər iki ölkənin geniş potensiala malik olduğu xüsusilə vurğulanmışdır.

E.Məmmədyarov həmçinin Azərbaycanda aparılan islahatlar, əldə olunmuş nailiyyətlər və regionda mövcud olan problemlərə toxunaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həmkarına geniş məlumat vermişdir.

Görüş zamanı tərəflər yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla,  ikitərəfli münasibətlərin daha da gücləndirilməsi barədə razılığa gəlmişlər. 

Daha sonra  E.Məmmədyarov Portuqaliya Xarici İşlər Nazirliyinin Dövlət katibi Luis Brites Pereira ilə görüş keçirmişdir.

Görüşdə iki ölkə arasında mövcud olan münasibətlər, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. 

Pereira Portuqaliya ilə Azərbaycan arasında mövcud olan siyasi və iqtisadi əlaqələri yüksək qiymətləndirərək, müxtəlif investisiya layihələri - enerji, infrastruktur, telekommunikasiya və turizm sahələrində qarşılıqlı maraqların olduğunu qeyd etmişdir. 

Görüş zamanı qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Tel: (+994) 012 596 92 76
E-mail:

press-service@mfa.gov.az
növbəti xəbər əvvəlki xəbər