2012-02-01
Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfiri Həsən Məmmədzadə Litva Respublikasının Təhsil və Elm Naziri cənab Gintaras Steponaviçiyus ilə görüş keçirmişdir, 01 Fevral 2012-ci il

Görüş zamanı Səfir H.Məmmədzadə Azərbaycan və Litva arasında, eləcə də  hər iki ölkənin təhsil və elm sahəsində əlaqələrin daha da güclənməsində maraqlı olduğunu bildirmişdir. Münasibətlərimizdə təhsil sahəsinə xüsusi öncəlik verildiyini qeyd edən Səfir H.Məmmədzadə Litvanın ali məktəblərində təhsil alan onlarla azərbaycanlı tələbə üçün yaradılan şəraitə görə Nazir G.Steponaviçiyusa təşəkkür etmişdir. Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə həyata keçirilən dövlət proqramına bir neçə Litva universitetinin də daxil olunması vurğulanmışdır. Eyni zamanda, Avropada təhsil alan azərbaycanlı tələbələrin müxtəlif forum və toplantılarının Litvada keçirilməsi, bununla əlaqədar Avropada təhsil alan gənclərimiz üçün Vilnüsün mərkəz olaraq seçilməsi yönündə iş aparıldığı qeyd edilmişdir.

Görüşdə eyni zamanda, Azərbaycan və Litva universitetlərində qarşılıqlı olaraq, elm xadimlərinin mühazirələrlə çıxış etmələri, universitetlər arasında birbaşa əlaqələrin qurulmasının zəruriliyindən söhbət açılmışdır.

 

Mətbuat Xidməti
Tel: (+99412) 596 90 81
Tel: (+99412) 596 92 76
Faks: (+99412) 596 90 73
E-mail:
press-service@mfa.gov.az
Bizi izləyin:
www.twitter.com/AzerbaijanMFA

növbəti xəbər əvvəlki xəbər