2017-11-07
No:314/17, Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri xanım Marqot Vallström ilə görüşüb
Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlərə nəzər salındı və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulandı. Bu il Azərbaycanla İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edilməsi məmnuniyyətlə vurğulandı.

Görüşdə Azərbaycan və İsveç arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi yolları müzakirə edildi və bu xüsusda İsveç şirkətlərinin Azərbaycanda fəaliyyəti təqdir edildi, qarşılıqlı sərmayələrin artırılmasının vacibliyinə toxunuldu. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün