2017-11-01
No:306/17, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Baş katibinə məktub ünvanlayıb
BMT Baş Assambleyasının 72-ci sessiyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət”, “GUAM ərazisində həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri”, “Milli və beynəlxalq səviyyədə qanunun aliliyi” və digər gündəlik mövzularına uyğun olaraq, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən BMT-nin Baş katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məktub ünvanlanıb.

Məktubda Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələri, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti, münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlar, münaqişənin humanitar və başqa aspektləri, işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllər və buna görə üçüncü tərəflərin məsuliyyəti və digər məsələlər müfəssəl şəkildə fundamental faktlarla izah olunub və bu xüsusda, Ermənistanın iddialarının əsassızlığı bir daha ifşa edilib.

Məktub A/72/508-S/2017/836 nömrələri ilə BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədləri kimi yayılıb.

Məktubun tam mətni BMT-nin rəsmi dilləri olan ingilisrus dillərində bu keçidlərdən əldə oluna bilər.
növbəti xəbər əvvəlki xəbər