2017-11-01
No:304,17, Monteneqronun xarici işlər naziri Srdjan Darmanovic Azərbaycanda rəsmi səfərdədir
Monteneqro xarici işlər naziri Srdjan Darmanovic 1-2 noyabr 2017-ci il tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində xarici işlər naziri Srdjan Darmanovicin Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Xarici İşlər Nazirliyində keçiriləcək görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 2 noyabr tarixində saat 11:00 dan gec olmayaraq XİN-nə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.
növbəti xəbər əvvəlki xəbər