2012-02-10
Argentina Azərbaycanı yüksək alıcılq qabiliyyətli turistlərə malik ölkə kimi dəyərləndirir, 10 fevral 2012-ci il

Azərbaycan Respublikasının Argentinadakı Səfirliyindən verilən məlumata əsasən, Argentina Turizmin Təşviqi İnstitutunun icraçı direktoru Leonardo Boto Argentinanın məşhur infobae.com xəbərlər portalına açıqlamasında bildirmişdir ki, Azərbaycan sürətlə inkişaf edən və Avropanı neft və qazla təmin edən bir ölkədir və son müddətdə Azərbaycan əhalisinin iqtisadi imkanları artmışdır.

L.Bota demişdir ki, Argentinanın məqsədi Azərbaycandan yüksək alıcılıq qabiliyyətinə malik turistlərin cəlb edilməsdir və bu səbəbdən də 12 fevral tarixində Argentinanın Turizm Naziri Enriki Meyer Azərbaycan paytaxtı Bakıda bu ölkənin turizm sektorunun nümayəndələri ilə görüşlər keçirəcəkdir.

Məlumat oxumaq üçün aşağıdakı linkə baxa bilərsiniz: http://www.infobae.com/notas/631077-Argentina-afina-su-estrategia-turistica-para-India-Turquia-y-Medio-Oriente.html


Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Tel: (+994) 012 596 92 76
E-mail:
press-service@mfa.gov.az
Twitter:
www.twitter.com/AzerbaijanMFA
YouTube:
www.youtube.com/MFAAzerbaijan

növbəti xəbər əvvəlki xəbər