2017-04-19
No: 103/17, Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələrə dair mətbuata məlumat (AZ/RU)

19 aprel 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini David Dondua arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib.

Görüşdə həmçinin hər iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri və Azərbaycan Respublikasının əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.

Dövlət sərhəd xəttinin keçməsi ilə əlaqədar məsələlərə baxılıb və Komissiya çərçivəsində gələcəkdə müəyyən sənədlərin işlənib-hazırlanması məqsədilə fikir mübadiləsi aparılıb.

Keçirilmiş məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi və Komissiyanın növbəti iclasının Tbilisi şəhərində keçirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi barədə razılığa gəlinib. Görüşün vaxtı diplomatik kanallar vasitəsilə müəyyən ediləcəkdir.

----------

19 апреля 2017 года в городе Баку состоялись консультации между заместителем министра иностранных дел Азербайджаской Республики Х. Халафовым и заместителем министра иностранных дел Грузии Д. Дондуа по вопросам делимитации государственной границы между Азербайджанской Республикой и Грузией.

На встрече также участвовали представители министерств иностранных дел обоих стран, эксперты из соответствующих государственных органов Азербайджанской Республики.

Были рассмотрены вопросы прохождения линии государственной границы и состоялся обмен мнением по определенным документам для последующего их рассмотрения в рамках Комиссий.

По итогам проведенных консультаций Стороны договорились продолжить обсуждения по несогласованным участкам и принятия необходимых мер для проведения очередного заседания Комиссии в городе Тбилиси, сроки которого будут согласованы по дипломатическим каналам.

növbəti xəbər əvvəlki xəbər