2017-04-05
No: 81/17, Xarici işlər naziri Elmar Məmmədyarov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Teruyuki Katorini qəbul edib

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi. Nazir Elmar Məmmədyarov Teruyuki Katorini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Teruyuki Katori iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğuladı.

Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafı qeyd olundu, xüsusilə siyasi və enerji sahələrində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi. İki ölkə arasında iqtisadi, mədəni, turizm, nəqliyyat, kənd təsərrüfatı, humanitar, əczaçılıq və tibb sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulandı.

Nazir Elmar Məmmədyarov Yaponiyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsinin təqdir edildiyini vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər