2012-02-13
Nazir Elmar Məmmədyarov Özbəkistanın Azərbaycan Respublikasındakı Səfiri İsmətulla İrqaşevi ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir, 13 fevral 2012-ci il

Görüş zamanı İ.İrqaşev Azərbaycanda işlədiyi dövrdə Özbəkistanla Azərbaycan  arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd etmiş və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlıq bildirmişdir.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın prinsipial mövqe sərgilədiyinə görə Özbəkistan Hökumətinə öz təşəkkürünü bildirmişdir.

Elmar Məmmədyarov İ.İrqaşevə xoş arzularını bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulamışdır.


Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Tel: (+994) 012 596 92 76
E-mail:
press-service@mfa.gov.az
www.twitter.com/AzerbaijanMFA
youtube.com/MFAAzerbaijan

növbəti xəbər əvvəlki xəbər