2012-02-14
Nazir Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Naziri Şeyx Abdulla bin Zahid Əl-Nəhyanla görüşmüşdür, 14 fevral 2012-ci il

Görüş zamanı Nazir E.Məmmədyarov ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir. Nazir  E.Məmmədyarov BƏƏ-nin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd etmişdir.

BƏƏ-nin Xarici İşlər Naziri Əl Nəhyan yenidən Azərbaycanda səfərdə olmaqdan məmnun olduğunu qeyd edərək, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulamışdır. O, iki ölkə arasında qarşılıqlı investisiyalar üçün əlverişli mühit olduğunu bildirərək, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.

BƏƏ rəsmisi Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin sülh yolu ilə geri qaytarılması istiqamətində ölkəmizin səylərini tam şəkildə dəstəklədiklərini vurğulamışdır.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Tel: (+994) 012 596 92 76
E-mail:
press-service@mfa.gov.az
www.twitter.com/AzerbaijanMFA
youtube.com/MFAAzerbaijan

növbəti xəbər əvvəlki xəbər