2016-09-20
Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının işgüzar iclasında iştirak edib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirakı çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının işgüzar iclasında iştirak edib.

Görüşdə təşkilata üzv dövlətlər arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu və gündəlikdə duran məsələlər, o cümlədən bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək 6-cı Zirvə görüşünə hazırlıq işlərinə dair ətraflı fikir mübadiləsi aparıldı.

Görüşdə təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı, Türk Şurasının BMT yanında müşahidəçi statusu alması və digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi kimi məsələlər də müzakirə edildi.

növbəti xəbər əvvəlki xəbər