2016-09-09
Xarici işlər naziri Elmar Məmmədyarov Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Hassan Hamini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Azərbaycandan xoş təəssüratla ayrıldığını qeyd edən səfir Hassan Hami diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi. Səfir Azərbaycanı hər zaman dost və qardaş ölkə kimi xatırlayacağını vurğuladı.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Mərakeş arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasını məmnunluqla qeyd etdi. Mərakeşin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının Kontakt Qrupuna qoşulmasının təqdir edildiyini bildirdi.

Elmar Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın bütün sahələr üzrə inkişafına verdiyi töhfələrə görə səfirə öz təşəkkürünü bildirdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

növbəti xəbər əvvəlki xəbər