2016-07-19
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfirini qəbul edib

Nazir Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Səyyar bin Əbdürrəhman Cəsim əl-Muavidəyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etdi.

növbəti xəbər əvvəlki xəbər