2016-07-11
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasına işgüzar səfər edəcəkdir

11-12 iyul 2016-cı il tarixində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycan Respublikasına işgüzar səfər edəcəkdir.

Səfər çərçivəsində Sergey Lavrovun 12 iyul 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 12 iyul tarixində saat 09:20-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər