2012-02-17
Xarici İşlər Nazirliyinin əməkdaşları arasında XİN-nin “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə birinci çempionatı keçiriləcəkdir, 17 fevral 2012-ci il

19 fevral 2012-ci il tarixində Xarici İşlər Nazirliyinin əməkdaşları arasında XİN-nin “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə birinci çempionatı keçiriləcəkdir.

Çempionatda iştirak etmək üçün XİN-nin əməkdaşlarından ibarət 8 komanda artıq qeydiyyatdan keçmişdir. Hər komanda 5 və 6 nəfərdən təşkil olunmuşdur.

XİN-də bu tipli intellektual oyunlar mütəmadi olaraq keçirilməkdədir. Bu məqsədlə XİN-də “Diplomat” İntellektual Klubu da təsis edilmişdir.

Artıq ikinci dəfədir ki, klub tərəfindən XİN əməkdaşları arasında çempionat keçirilir. Xatırladırıq ki, bundan öncə ötən ilin 9 may tarixində Şahmat Klubunda XİN üzrə birinci “Breyn Rinq” intellektual oyunu təşkil edilmişdi.

 

Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Tel: (+994) 012 596 92 76
E-mail:
press-service@mfa.gov.az
www.twitter.com/AzerbaijanMFA
www.youtube.com/MFAAzerbaijan

növbəti xəbər əvvəlki xəbər