2016-05-19
Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın xarici işlər naziri Jan-Mark Eyro ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Fransaya işgüzar səfəri çərçivəsində Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşü baş tutub. Söhbət zamanı tərəflər Vyanada keçirilmiş Ermənistan-Azərbaycan münaqişəsinə dair yüksək səviyyəli görüşün nəticələri haqqında geniş fikir mübadiləsi apardılar. Nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığa hörmət edilməsinin, habelə münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa edilməsinin əhəmiyyətini təsdiq etdilər. Nazir Elmar Məmmədyarov Fransa tərəfinin Vyanada prinsip etibarilə razılaşdırılmış ən qısa zamanda Azərbaycan və Ermənistan Prezidentlərinin növbəti görüşünün təşkil etməyə hazır olmasını alqışladı.

Tərəflər həmçinin Azərbaycan və Fransa araında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə etdilər.

Fransalı nazir həmkarının Azərbaycana rəsmi səfər etmək dəvətini məmnuniyyətlə qəbul etdi.

 

növbəti xəbər əvvəlki xəbər