2016-04-28
Maltanın xarici işlər naziri Corc Vella Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir
29 aprel 2016-cı il tarixində Maltanın xarici işlər naziri Corc Vella Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir.

Səfər çərçivəsində Corc Vellanın 29 aprel 2016-cı ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 29 aprel tarixində saat 11:15-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər