2016-04-26
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Baş katibi Maykl Kristides ilə görüşüb

Görüşdə təəssüflə qeyd edildi ki, təşkilata üzv olan bəzi dövlətlər arasında mövcud olan münaqişə və ya mübahisələr QDİƏT-in səmərəli fəaliyyətinə mənfi təsir göstərir. 

Nazir Elmar Məmmədyarov Azərbaycanın da daxil olduğu Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində görülən işlərə və nəqliyyat infrasturukturuna dair məlumat verdi.

Baş katib Maykl Kristides bildirdi ki, Avropa və Asiya regionu məhz QDİƏT-ə üzv olan dövlətlərin sərhədlərində birləşir, bu xüsusda Qədim İpək yolunun işə düşməsi təşkilatın maraqlarına tam cavab verir. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

növbəti xəbər əvvəlki xəbər