2016-04-26
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir ilə görüşü

Görüşdə ikitərəfli əlaqələrin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparıldı. BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olundu.

Nazir Elmar Məmmədyarov 2 aprel tarixindən Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranan son gərginlik haqqında məlumat verərək, Ermənistanın atəşkəsi pozmaqda davam etdiyini və  Ermənistan silahlı qüvvələrinin ağır atəş vasitələri ilə atəşkəsi pozması nəticəsində Tərtər rayonunda mülki obyektlərə ciddi ziyan dəydiyini bildirdi.

Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərin artıırlmasının vacibliyini qeyd edərək, münaqişənin həlli ilə bağlı Azərbaycanın nəticəyönümlü danışıqlara hazır olduğunu vurğuladı.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətarfında fikir mübadiləsi aparıldı. 

növbəti xəbər əvvəlki xəbər