2016-04-05
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Ramsar şəhərində 5 aprel tarixində keçirilən Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin üçtərəfli görüşü çərçivəsində Türkiyəli həmkarı Mevlüt Çavuşoğlu ilə görüşüb.

Görüşdə Elmar Məmmədyarov cəbhədə yaranmış hazırkı vəziyyət, o cümlədən Ermənistanın qoşunların təmas xətti boyunca törətdiyi təxribatlar və mülki əhalini hədəfə alan ağır arteriya və ağır silahlardan istifadə etməsi barədə ətraflı məlumat verdi.

Mevlüt Çavuşoğlu cəbhədə həlak olan hərbiçilərin və mülki şəxslərin ailələrinə və Azərbaycan xalqına baş sağlığı verdi və bəyan etdi ki, sözügedən münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həll olunmalıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional məsələlər müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər