2016-02-24
Xarici işlər naziri Elmar Məmmədyarov Moldova Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri George Leukanı qəbul edib

Görüşdə səfir George Leuka etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Səfir George Leuka diplomatik fəaliyyəti müddətində Azərbaycan ilə Moldova arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir George Leukaya diplomatik fəaliyyətində uğurlar arzu etdi.

 

növbəti xəbər əvvəlki xəbər