2016-01-13
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib

Nazir Elmar Məmmədyarov müstəqilliyinin ilk illərindən Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə və digər sahələrdə tərəfdaşlıq münasibətlərinin formalaşdığını nəzərə çatdırdı.

Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Çarlz Kapçan ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd etdi.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar və müzakirə mövzusu olan təkliflər barəsində məlumat verərək, münaqişənin həlli və regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırdı.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər