2015-08-27
Xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Qennadiy Axramoviçi qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Qennadiy Vladimiroviç Axramoviçi qəbul edib.

Görüşdə səfir Qennadiy Vladimiroviç Axramoviç etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Səfir Qennadiy Vladimiroviç Axramoviç diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Qennadiy Vladimiroviç Axramoviçə diplomatik fəaliyyətində uğurlar arzu etdi.

 

növbəti xəbər əvvəlki xəbər