2015-08-26
Xarici işlər naziri Elmar Məmmədyarov İsrail Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İsrail Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Dan Stavı qəbul edib.

Görüşdə səfir Dan Stav etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Səfir Dan Stav diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Dan Stava diplomatik fəaliyyətində uğurlar arzu etdi.

 

növbəti xəbər əvvəlki xəbər