2015-08-26
Xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Yuris Maklakovsi qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Latviya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Yuris Maklakovsi qəbul edib.

Görüşdə səfir Yuris Maklakovs etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Səfir Yuris Maklakovs diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Yuris Maklakovsa diplomatik fəaliyyətində uğurlar arzu etdi.

 

növbəti xəbər əvvəlki xəbər