2015-07-29
Xarici işlər naziri Elmar Məmmədyarov Belarus səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolay Paçkeviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etdi.

Görüş zamanı Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafında hər iki ölkənin liderlərinin xüsusi rolu qeyd olundu.  Azərbaycan və Belarus xalqlarının iradəsi əsasında iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, kənd-təsərrüfatı, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.  
 
Səfir Nikolay Paçkeviç son 10 ildə Azərbaycanda yüksək inkişafın şahidi olduğunu bildirərək, Birinci Avropa Oyunlarının müəkəmməl səviyyədə təşkil olunduğunu bildirdi. Həmçinin, səfir Paçkeviç  diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğuladı.  
 
Nazir Elmar Məmmədyarov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrinə görə səfir Nikolay Paçkeviçə təşəkkürünü ifadə etdi və  gələcək fəaliyyətində uğurlar arzu etdi.


növbəti xəbər əvvəlki xəbər