2015-07-23
Xarici işlər naziri Elmar Məmmədyarov Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanı qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Elmar Məmmədyarov Azərbaycan Respublikası Hökuməti ilə Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura arasında bağlanmış sazişin dekabrın 30-da Milli Məclis tərəfindən ratifikasiyası edildiyini və Şuranın Bakıda fəaliyyətə başladığını qeyd etdi.

Tatyana Anodina Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakı şəhərində peşəkar fəaliyyəti üçün yaradılmış fəaliyyətə görə təşəkkürünü ifadə etdi. O, eləcə də Azərbaycanın hava nəqliyyat infrastrukturunun inkişafı və dövlət tərəfindən bu sahəyə göstərilən qayğını qeyd etdi.

Görüşdə Dövlətlərarası Aviasiya Komitəsi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

  

növbəti xəbər əvvəlki xəbər