2015-07-10
Peşə bayramı münasibətilə XİN-nin rəhbərliyi və kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Xarici İşlər Nazirliyinin rəhbər heyəti 10 iyul tarixində Fəxri Xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb və xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilərək, Vətənimizin suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış “Əbədi məşəl”abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

 

    

     

 

 

 

növbəti xəbər əvvəlki xəbər