2015-07-01
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin Serbiya vətəndaşının adının

2015-ci ilin mart ayında Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmişərazilərinə qanunsuz səfər etmiş və nəticədə adı Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Serbiya vətəndaşı, jurnalist Slobodan Samarciya məktubla müraciət edərək adının sözügedən siyahıdan çıxarılmasını xahiş edib.

O, məktubunda Azərbaycan Respublikasının müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını ifadə edərək, bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu bildirib və bir də təkrarlanmayacağını vurğulayıb.

S.Samaraciya məktubunda Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.

S.Samaraciyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul edilib.

növbəti xəbər əvvəlki xəbər