2015-06-30
Mətbuat Xidmətinin Küveytdəki terror aktı ilə bağlı mətbuata açıqlaması

Biz 26 iyun tarixində Küveytdə məsciddə törədilmiş terror aktını qəti şəkildə pisləyir, yaxınlarını itirən ailələrə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını arzu edirik.

Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir və Küveyt xalqı ilə həmrəyliyini ifadə edir.  

növbəti xəbər əvvəlki xəbər