2015-06-30
Mətbuat Xidmətinin Misirdəki terror aktı ilə bağlı mətbuata açıqlama

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının Baş Prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyir. Bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkətin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır. Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyini ifadə edir.

 

növbəti xəbər əvvəlki xəbər