2015-05-27
İƏT-in Küveytdə keçirilən xarici işlər nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində nazir Elmar Məmmədyarov, Türkmənistan və Türkiyənin xarici işlər naziri arasında üçtərəfli görüş keçirilib.

İslam Əməkdaşlıq Təşkilatının Küveytdə keçirilən xarici işlər nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistan xarici işlər naziri Rəşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında üçtərəfli görüş keçirilib.

Görüşdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün regional əməkdaşlığın inkişaf etdirilməsi baxımdan əhəmiyyəti vurğulandı. 2015-ci ilin 29 yanvar tarixində Aşqabadda keçirilmiş üçtərəfli görüşdə əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə inkişafına dair ətraflı müzakirələrin aparıldığı qeyd olundu. Üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər